ARD UNU

Dəyirmanda daşın ətrafına yığılmış un tozuna ard unu deyilir. Ard, farsca “un” deməkdir. Deməli, ard unu birləşməsi iki sinonimin yanaşı işlədilməsi sayəsində əmələ gəlib. Başqa yozum da mümkündür: bizdə ard “arxa tərəf” deməkdir. Ard unu da dəyirman daşının ətrafına (arxasına) yığılan undur. İkinci variant daha inandırıcıdır. 

ARD
ARDIC
OBASTAN VİKİ
ARD (teleşirkət)
Almaniya İctimai Yayım Təşkilatlarının Fəhlə İcması (alm. Arbeitsgemeinschaft der öffentlich-rechtlichen Rundfunkanstalten der Bundesrepublik Deutschland‎, ARD) — Almaniyada (1954-cü ildən) televiziya və radio proqramlarının mübadiləsini (1950-ci ildən) və 1-ci proqram üzrə yayımı həyata keçirən, hüquqi şəxs statusu olmayan təşkilat. == Maliyyələşdirmə == Dövlətlərin yayım təşkilatlarının maliyyələşdirilməsinin 86%-i əsasən "ARD ZDF Deutschlandradio Beitragsservice" təşkilatı tərəfindən bütün mülk sahiblərindən toplanan yayım haqqı hesabına gəlir, bundan sonra toplanan vəsait ARD arasında bölüşdürülür. ZDF və "Deutschlandradio", sonra artıq ARD daxilində BR, hr, SWR, WDR, NDR, Radio Bremen, SR, rbb, MDR və DW arasında bölünür. Onların maliyyələşdirilməsinin 2%-i ARD televiziya və radio kanallarında reklam vaxtının satışından əldə edilir. Televiziya mərkəzinin "Hessischer Rundfunk", Müşahidə Şurası və idarə heyəti yoxdur, bir idarəçi tərəfindən idarə olunur.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368–1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.